Accessibility links

Ukrayna prezidenti Aşqabadda qaz təchizatı mövzusunda danışıqlar aparır - 2005-03-22


Ukrayna prezidenti Viktor Yuşçenko enerji sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Türkmənistana iki-günlük səfərə gedib. Gözlənilir ki, cənab Yuşçenko öz Türkmən həmkarı Saparmurad Niyazovla danışıqlar aparacaq. Danışıqların əsasə mövzusu Türkmən qazının Ukrayanaya fasiləsiz verilməsi olacaq. Prezidentlər həmçinin bir sıra sənədlər imzalamağı nəzərdə tuturlar. Qeyd edək ki, qazla zəngin olan Türkmənistan Ukraynanın ən iri enerji təchizatçısıdır. Bu ilin əvvəlində qazın qiymətlərini artırmaqla Aşqabad Kiyevi yüksək qiymətlər ödəməyə məcbur etmişdi.

XS
SM
MD
LG