Accessibility links

Kompyuterdə proqramlaşdırılmış ürək - 2005-04-20


Yeni tədqiqatlar göstərir ki, ürək implant əməliyyatları kompyuter vasitəsilə həyata keçirilə bilər. Kompyuterdə prorqramladırılmış ürək xəstənin vəziyyətini özü tənzim edə bilir. Bu kiçik ürək transplant ildə minlərlə insanın həyatını xilas edə bilər. Cihaz xəstənin ürəyinin ritmini tamamilə nəzarət altında saxlayır. Keyt Taker dünyada ürək problemlərindən əziyyət çəkən yüz minlərlə insandan birir. Onun ürəyinin əzələləri çox zəif olduğu üçün ürək kifayət qədər qan dövriyyə edə bilmir. "Mənuim ürəyim daim çırpınırdı, evdə, bağda gəzişərkən həmişə təngənəfəs olurdum. İndi ürəyimə yerləşdirilmiş bu stimulyatorın sayəsində mən başqa adam olmuşam."-deyə o bildirir. Bu stimulyatotun elmi adı kardioloji resinxronizasiyadır. Ürək çatışmazlığından əziyyət çəkən xəstələrin üçdə bir hissəsində ürəyinaşağı kamerası sinxron vurmur. İmplant ürəyə komyuterdən simlər vasitəsilə elektroşok verilir, bununla ürəyin kameraları bir yerdə yığılıb açılır və ürək daha artıq qan vura bilir. Tədqiqatlar göstərir ki, bununla ölüm halları üçdə bir dəfə azala bilər. Lakin hələlik implant məsələn, Britaniyada yalnız 500 adama edilib. Yeni tədqiqatlara əsasən, 100 min xəstənin implanta ehtiyacı var. İmplant ürək yalnız çox ciddi ürək çatışmazlığı olan xəstələrə edilə bilər. Həkimlərsə deyir ki, qaydalar yüngülləşdirilmədir. Çünki, bundan çox adam faydalana bilər.

XS
SM
MD
LG