Accessibility links

Dünyada 120 000 qız silahlı münaqişələrə cəlb edilib - 2005-04-25


”Uşaqları qoruyun” adlı beynəlxlaq qrup dünya liderlərini silahlı münaqişələrə məcbiri şəkildə cəlb edilən qızların müdafiəsinə çağırıb. Qrupun bu gün Londonda buraxılan hesabatında deyilir ki, qızların “gizli orduları” sıralarında xidmət göstərənlər arasında 8 yaşlı qız uşaqları yer alır. Təxminlərə görə, 120 000 qız və gənc qadın istəkləri nəzərə alınmadan əsgərlik və ya daxili xidmətlərə cəlb edilmişlər. Hesabatda onların əksəriyyətinin seks kölələrinə çevrildiyi də deyilir.

XS
SM
MD
LG