Accessibility links

Azərbaycan Milli Məclisi Şuşa şəhərinin işğalının 13-cü ildönümü ilə bağlı müzakirələr keçirib  - 2005-05-06


Milli Məclisini bu günki plenar iclasında Azərbaycanın tarixi və mədəni mərkəzlərindən olan Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 13-cü ildönümü ilə bağlı müzakirələr keçirib. Deputatlar öncə şəhərin işğalı zamanı həlak olan Azərbaycan vətəndaşlarının xatirəsini yad edib. Milli Məclisin sədri Murtuz Ələsgərov bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə və işğal olunmuş torpaqlarını azad etməyə qadirdir. Cənab Ələsgərov regionda baş verən proseslərdən narahatlığını da bildirib. Yurddaş partiyasının sədri Mais Səfərlinin fikriqncə, münaqiəşinin həlli ilə bağlı danışıqlarda müsbət çalarlar nəzər çarpır. Ancaq, deputat danışıqların perspektivinə inanmır. İşğal altında olan Kəlbəcər rayonundan deputat seçilmiş Şahlar Əsgərov münaqişənin tezliklə həllinə ümid bəsləmir. Onun fikrincə dünyada supergüclər münaqişənin həllində maraqlı deyil. Deputat Əlimməd Nuriyevə görə, mynaqişənin həllində ölkədə demokratikləşmə prosesinin sürətləndirilməsi vajib amillərdəndir. Deputat Sabir Rüstəmxanlı dünya birliyinin münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının hüquqlarını müdaifə etməyə çağırıb. O ATƏT Minsk Qrupunqun fəaliyyətini yarıtmaz adlandırıb. Milli Məclis müzakirələrin yekunu olaraq dünya parlamentlərinə və beynəlxaplq təşkilatlara müraciət qəbul edib. Sənəddə dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini pisləməyə, Azərbaycanın işğal altında olan torpaqlarının benyəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipləri əsasında nizamlanmasına dəstək verəməyə çağırılır.

XS
SM
MD
LG