Accessibility links

Prezident Buş hərbi akademiyanın məzunlarını alqışladı - 2005-05-27


Prezident Buş Merilend ştatının Annapolis hərbi akademiyasının minə yaxın məzunu qarşısında çıxışında ABŞ hərbi qüvvələrində dəyşiikliklər planlarından danışmışdır. Builki məzunlar akademiyaya 2001-ci il sentyabrın 11-i hadisələrindən bir neçə ay sonra daxil olmuşlar. Cənab Buş hərbi qüvvələrdə xidmət etmək və ölkəni terrorçulardan müdafiə etmək kimi cəsarətli qərara görə məzunlara təşkkürünü bildirmişdir. Prezident Buş habelə gələcək təhlükələrə qarşı mübarizə aparmaq üçün xaricdəki hərbi bazaların yerinin dəyişməsi və ölkədəki bazaların bağlanması planları haqda danışmış, hərbi əməliyyatlarda qanadlı raketlər və sualtı hərbi qayıqlar kimi yeni texnologiyalara investisiyalar məsələsini müzakirə etmişdir.

XS
SM
MD
LG