Accessibility links

Ermənistan-Azərbaycan münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsi tərəflərə təqdim olunub


Bu gün Madriddə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın növbəti görüşü olub. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin müavini Nikolas Berns də iştirak edib. «Turan» Agentliyi Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın görüşdən sonra bəyanatını yayıb. O bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini xarici işlər nazirlərinə təqdim edib. «Tərəflərə «təməl həll prinsipləri üzrə ən yaxşı güzəştlər layihəsi" təqdim olunub. Görüşdə yüksək hökumət səviyyəsində razılıq əldə olunması üçün ABŞ, RF və Fransanın mümkün olan hər şeyi etmək öhdəliyi olduğu bildirilib", - deyə diplomat qeyd edib. O, Ermənistan və Azərbaycan prezidentlərinin yaxın bir neçə həftə ərzində təklif olunmuş layihə üzrə razılıq bildirəcəklərinə ümid etdiyini deyib. "Hətta yaxın bir neçə ay ərzində baş versə də, bu, vacib deyil. Əsas bunu seçkilər başlayanadək etməkdir. Hazırda sənədə baxılması və prosesin gələcək inkişaf yolunun müəyyən edilməsi prezidentlərdən asılıdır. Biz seçkilərə qədər təməl prinsiplər üzrə tərəflərin heç olmasa şifahi razılığını almağa ümid edirik. Və mənə elə gəlir ki, bu mümkündür", - deyə cənab Brayza bildirib.
XS
SM
MD
LG