Accessibility links

«Azadlıq» qəzetini baş redaktoru məhkəmə qarşısında


Bu gün Bakının Yasamal Rayon Məhkəməsində iqtisadi inkişaf naziri Heydər Babayevin «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə və müxbir Aqil Xəlilə qarşı iddiası əsasında hakim Svetlana İsmayılovanın sədrliyilə məhkəmə prosesi başlayıb. İqtisadi inkişaf naziri «Azadlıq» qəzetində dərc olunmuş «Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?» adlı yazıda «Heydər Babayev Metyu Brayza ilə Zeyno Baranın toyunun xərcinin xeyli hissəsini ödəyib» fikrinin həqiqətə uyğun olmadığını bildirib. Nazir həmçinin qəzetin təkzib verməsini, qəzetin baş redaktoru Qənimət Zahid və yazının müəllifi Aqil Xəlilin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə iddia qaldırıb. Qənimət Zahid «Amerikanın səsi» radiosuna yazının satirik məna daşıdığını və məqalədə yazılanların məhkəmə tərəfindən araşdırlmasının tərəfdarı olduğunu bildirib. Baş redaktor məhkəmənin iqtidarın sfarişhi ilə keçirildiyini deyib və iqtisadi inkişaf nazirinin mövqeyini dərc etməyə hazır olduğunu bildirib. İddiaçı tərəfin nümayəndəsi, İqtisadi İnkişaf Nazirliyinin baş məsləhətçisi Anar Əliyev isə cənab Babayevin iddiasında haqlı olduğunu, «Azadlıq» qəzetinin təkzib verməsini, eləcə də baş redaktor və müxbir barəsində cinayət işinin qaldırılması haqda qərarın qəbul edilməsini məhkəmədən xahiş edib. Nümayəndə eyni zamanda iddianın siyasi sifariş olduğu barədə fikirləri rədd edib. Metyu Brayza ABŞ diplomatıdır. O ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə Minsk qrupunun həmsədridir. ABŞ-ın Azərbaycandakı səfirliyi də məhkəmə barədə fikirlərini açıqlayıb. "Azadlıq» qəzetində dərc olunan ittihamlar tamamilə əsassızdır. Bununla belə, biz inanırıq ki, böhtan və diffamasiya kriminal cinayət sayılmamalıdır. Ona görə də biz bu cür hallarda hər hansı cinayət təhqiqatının aparılmasının və ya cinayət ittihamlarının irəli sürülməsinin əleyhinə çıxırıq, hətta "jurnalistlər əsasız şayiələr yayarsa belə".-deyə səfirlik bildirib. Məhkəmə qərarını oktyabrın 8-də elan edəcək.
XS
SM
MD
LG