Accessibility links

Azərbaycanda referendum başa çatıb


Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər üzrə keçirilən referendum baş tutub. Seçicilər konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişikliyə səs verir. Yeni dəyişiklik konstitusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını da nəzərdə tutur.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin əksəriyyəti iştirak edib. MSK katibi Natiq Məmmədov referendumun sakit şəraitdə keçdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasına qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb.
Müxalifət səsvermə zamanı çoxsaylı qanun pozuntusu qeydə aldığını bildirir. “Qarabağ və Demokratiya Uğrunda” Hərəkat və “Respublikaçılar” təşviqat qrupunun məlumatlarına görə, karusel əməliyyatları, seçicilərin avtobuslarla məntəqələrə gətirilməsi və bir nəfərin bir neçə seçicinin əvəzinə səs verməsi halları müəyyən edilib. AXCP sədri Əli Kərimli seçici fəallığının aşağı olduğunu da bildirib.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə müxalifətin dediklərini təkzib edir. Onun dediyinə görə, seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb.

XS
SM
MD
LG