Accessibility links

Bəxtiyar Vahabzadə vəfat edib


Xalq şairi Bəxtiyar Vahabzadə bu gün vəfat edib.
Bəxtiyar Vahabzadə 1925-ci ildə anadan olub. Baklı Dövlət Universitetini bitirib, filologiya elmləri doktorudur.

O 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının çoxsaylı medalları və mükafatları ilə təltif edilib.

Bəxtiyar Vahabzadə istər sovet dönəmində, istərsə də müstəqil Azərbaycanın çox sevilən şairlərindəndir. Azərbaycan xalq hərəkatının fəal iştirakçılarından olub. Hələ Sovet dövründə şairin "Gülüstan" poeması ölkədə gizli ədəbiyyatın bariz nümunəsinə çevrilmişdi.

Axma Araz, dayan bir az,

Bir ürəyi iki yerə bölmək olmaz, - misraları ilə başlayan "Gülüstan" poemasını on minlərlə azərbaycanlı əzbərdən bildirdi.

Xalq şairi onlarla elmi və şer kitablarının müəllifidir. Dünyanın müxtəlif dillərinə çoxsaylı kitabları tərcümə olunub.

Bəxtiyar Vahabzadə bir neçə dəfə Azərbaycanın keçmiş Ali Sovetinin və indiki Milli Məclisin deputatı seçilib.


XS
SM
MD
LG