Accessibility links

Amerika Xarici Əlaqələr Şurasının nümayəndə heyəti Bakıdadır


ABŞ-ın Xarici Əlaqələr Şurasının böyük tərkibdə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Nümayəndə heyətinin Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşündə ABŞ-la Azərbaycan arasında mövcud olan çoxşaxəli əməkdaşlıq münasibətləri müzakirə edilib.

Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Səfər Əbiyev əlaqələrin gələcəkdə daha da möhkəm xarakter alacağını bildirib.

“ABŞ və Azərbaycan əməkdaşlığı bir sıra mühüm beynəlxalq iqtisadi layihələrin reallaşmasına öz böyük töhfəsini verib”-deyə o qeyd edib.

XS
SM
MD
LG