Accessibility links

Iran demokratiya uğrunda mübarizəyə hazırdır 


Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, İran tarixin yeni dövrünü yaşayır. Prezident seçkilərindən sonra ölkədə müəyyən dəyişikliklər baş verib. “Belə ki, İran ictimaiyyəti demokratiya, söz azadlığı uğrunda ciddi mübarizəyə hazırdır. Mövcud hakimiyyət isə xarici siyasət kursunda müəyyən dəyişikliklər etməyə məcburdur”.
Bununla yanaşı, politoloqun fikrincə, İranın Xəzərin hüquqi statusu ilə bağlı fikri dəyişməz qalacaq və Azərbaycanla münasibətlərində də yenilik baş verməyəcək. “İran yenə də Azərbaycanın qərb yönümlü siyasətinə mənfi münasibətdə qalacaq”.
Politoloq həmçinin İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyində təklənəcəyi vaxtın uzaqda olmadığını düşünür. “Azərbaycan, Rusiya və Qazaxstan dənizin sektorlara orta xətt prinsipi ilə bölünməsində razılığa gəlib. Türkmənistanın mövqeyində isə yaxınlaşma meylləri hiss edilməkdədir”.

XS
SM
MD
LG