Accessibility links

Şərq Tərəfdaşlığı proqramı Avropaya inteqrasiyaya təkan verəcək


Avropaya İnteqrasiya Milli İctimai Komitənin sədri Eldar Namazov Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiya prosesinə ciddi təkan verəcəyini düşünür. O “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, hazırda proqram üzrə region dövlətləri ilə danışıqlar davam etdirilir və sonda hər bir dövlət üzrə ayrıca saziş imzalanacaq. Politoloq ehtiyatlanır ki, Azərbaycanla sazişin imzalanması gecikə bilər. Belə ki, Ermənistan və Gürcüstan Ümumdünya Ticarət Təşkilatının üzvüdür.
Cənab Namazov həmçinin Azərbaycanın Avropaya inteqrasiya prosesində təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən fərqli olaraq, seçki, demokratiya və media azadlığı sahəsində geriləmələrin qeydə alındığını bildirib.


XS
SM
MD
LG