Accessibility links

Ekspert İranın Nabucco layihəsinə qoşulacağını mümkün sayır


Beynəlxalq Qafqaz-Xəzər komissiyasının üzvü Erkin Qədirli hesab edir ki, İran Qafqazda təhlükəsizlik və sabitlik paktına qoşula bilər. Belə ki, İran son dövrlər özünü daha çox Cənubi Qafqaz ölkəsi kimi aparır.

Cənab Qədirlinin fikrincə, İranın Nabucco layihəsinə qoşulma ehtimalı da var. "Bunun üçün İran ilk öncə nüvə proqramlarından əl çəkməlidir. Eyni zamanda dünyada mövcud siyasi situasiya dəyişməlidir"-deyə o qeyd edib.

XS
SM
MD
LG