Accessibility links

İran «altılar»ın təkliflər paketinə cavab verəcək


İranın xarici işlər naziri Mənuçöhr Mottəki İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 33-cü sessiyası çərçivəsində Bakıda mətbuat konfransı keçirib. Onun sözlərinə görə, üzv ölkələrin xarici işlər nazirləri Fələstin xalqının dərdinə şərik çıxdığını bildirib. «İKT-nin daimi mövzularından biri Fələstin məsələsidir. Fələstin xalqına himayə olmaq, yardım etmək üçün müzakirələr aparıldı.İştirakçı dövlətlər Fələstin xalqına qarşı zorakı hərəkətldərə son qoyulmasını istəyir». İran xarici işlər naziri suallara cavabda İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub. Onun sözlərinə görə, «altılar»ın nüvə proqramı ilə bağlı təkliflər paketi ciddi və dəqiq öyrənilir. "Araşdırmalar başa çatandan sonra Avropalı dostlarımıza cavab verəcəyik. «Alıtlar"ın təklifi əvvəlkilərdən cavab üçün konkret vaxt qoyulmaması ilə fərqlənir. Onlar təklif edir ki, öyrənib cavab verək. Bu müsbət təzahürdür". ABŞ prezidenti Corc Buşun İrana sanksiyalar tətbiq edilməsi mümkünlüyü ilə bağlı bəyanatını şərh edən cənab Möttəki "bəziləri hədələr dövrünün keçdiyini unudur" deyə bildirib."Ötən həftə Senatda təsdiq edilən sənədi təhliil etsələr müasir dünyadakı vəziyyəti başa düşərlər. Müasir dünyada hədələr qəbul edilmir. Bu günki siyasi atmosferdə, ciddi iradə və xoş niyyət əsasında bir tərəfdən İranın hüququ təmin olunmalı, digər tərəfdən kütləvi qırğın silahlarının qarşısının alınması proqramı ciddi həyata keçirilməlidir. Belə olarsa yaxşı nəticələr əldə edilər». Onun sözlərinə görə İKT xarici işlər nazirlərinin 33-cü sessiyasında BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı xüsusi müzakirə olmayıb. «Ancaq bir sıra üzv ölkələr BMT-də, o cümlədən TŞ-də struktur dəyişiklikləri aparılmasını və demokratikləşməsini istəyir. TŞ ayrı-ayrı ölkələrin təhlükəsizliyini ədalətli təmin etməklə məşğul olmalıdır. Çox təəssüf ki, bir milyarddan çox müsəlman əhalinin və 54 müsəlman dövlətin BMT TŞ-də bir daimi üzvü yoxdur». "İranda bir çox xalqlar - farslar, türklər, bəluclar, ərəblər, kürdlər, lorlar, türkmənlər xoş münasibətlər şəraitində yaşayır. Onlar hamısı vahid İran xalqının nümayəndəsidir və ölkənin idarə edilməsində böyük rol oynayır. Millətlər arasında nifaq salmaq yolverilməzdir və heç mümkün də deyil. O ki, qaldı ayrı-ayrı ölkələrin milli birliyi pozmaq isətəyinə, bu təbiidir. İran vətandşlarının bunu dərk etməsi və hakimiyyətin düzgün siyasəti bu birliyi pozmaq istəyənlərin arzusuna çatmamasına gətirib çıxaracaq». Bu sözlərlə cənab Möttəki İranda baş verən son olaylarla bağlı suala cavab verib Nazir qeyd edib ki, İranın Azərbaycanla "gözəl münasibətləri" var və Tehran "hesab etmir ki, separatizm təhlükəsi Bakıdan qaynaqlanır". İran xarici işlər naziri İslam Konfransı Təşkilatının Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb. «İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü iclasının bütün iştiarkçıları Dağlıq Qarabağ mələsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini bildiribr» - deyə o qeyd edib.
XS
SM
MD
LG