Accessibility links

Avropa Şurası Azərbaycanın Maraqların Toqquşması Haqqında qanun layihəsinə rəy vermək istəyir   


Konstitusiyaya düzəlişlər barədə referendum keçirməzdən əvvəl Venesiya Komissiyası ilə məsləhətləşmək lazım idi. Bu barədə Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova ölkəyə üç günlük səfərlərinin yekunları ilə bağlı mətbuat üçün bəyanatlarında bildirib. Bu barədə Avropa Şurası Bakı ofisinin mətbuat xidmətinin məlumatında deyilir.
«Biz istərdik ki, Konstitusiyaya dəyişikliklər layihəsi referendumdan xeyli əvvəl Venesiya Komissiyasına göndərilmiş olaydı. Avropa Şurasının rəyini qabaqcadan öyrənmək qanunvericiliyin Avropa standartlarına uyğun surətdə qəbul edilməsinə imkan verərdi».
Onlar referendum vasitəsilə qəbul edilmiş Konstitusiya dəyişikliklərinin icrasına dair müəyyən qanun layihələrinin Komissiyaya göndərilməsi barədə Prezident Əliyevin qərarını alqışlayıb. Həmməruzəçilər maraqların toqquşması barədə qanun layihəsinin parlament tərəfindən qəbul edilməzdən əvvəl rəy bildirilməsi üçün Venesiya Komissiyasına, Avropa Şurasının müstəqil hüquq ekspertlərinə göndərilməsini tövsiyə edib.

XS
SM
MD
LG