Accessibility links

Azərbaycanda jurnalist həbsxanada 10 gündür aclığı davam etdirir   


"Nota Bene" qəzetinin müxbiri Fərəməz Novruzoğlu həbsinə etiraz olaraq iyulun 20-dən ağzını tikərək 14 saylı cəzaçəkmə müəssisəsində başladığı aclıq aksiyasını davam etdirir. Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov «Amerikanın səsi» radiosuna bildirib ki, cənab Novruzoğlunun səhhəti normaldır, nəbzi qaydasında vurur, daim həkim nəzarətindədir. "Hazırda jurnalistin ağzı tikili deyil, o sərbəst danışır, su içir, yalnız qida qəbul etmir"-deyə rəis qeyd edib. Cənab Novruzoğlu Cinayət Məcəlləsinin böhtan, şərəf və ləyaqətin alçaldılması maddələri ilə bu ilin yanvarında iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Yeri gəlmişkən bildirim ki, hazırda 8 jurnalist həbsdədir. Jurnalistlərin həbsi ilə bağlı Azərbaycan beynəlxalq təşkilatların çoxsaylı tənqidlərinə məruz qalır. İyulun 22-də Milli Mətbuat günü münasibətilə mətbuat ictimaiyyətinin dövlət başçısından jurnalistlərin əfvi ilə bağlı fərman istəyi də relaşmadı. «Amerikanın səsi» radiosunun bu və ya digər suallarına Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov cavab verib. Cənab Həsənov jurnalistlərin əfvi ilə bağlı məsələnin müzakirə mərhələsində olduğunu deyib. O jurnalistin aclıq etməsini qəbul etmir. «Sivill ölkələrdə bütün mübahisələr məhkəmələrdə həll olunur. F.Novruzoğlu isə məhkəmə qərarı ilə həbs olunub». Şöbə müdiri Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatların söz və mətbuat azadlığının pozulması ilə tənqidləri qəbul etmədiyini də deyib.
XS
SM
MD
LG