Accessibility links

Metyu Brayza Bakıda görüşlər keçirir


Prezident İlham Əliyev aprelin 15-də ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki. cənab Brayzanın regiona səfəri bu həftə ərzində davam edəcək. “Onun missiyasının məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verməkdir. ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton açıq-aşkar Vaşinqtonun münaqişənin nizamlanması prosesinin tezliklə irəliləməsində maraqlı olduğunu bildirib”-deyə o qeyd edib.
Cənab Brayza son 20 gündə regiona artıq 3-cü dəfə səfər edir.

XS
SM
MD
LG