Accessibility links

Vəfa Quluzadə: ATƏT-in Minsk qrupunun həmsədrləri irəliləyişə nail olmayıb


ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi, dövlət başçılarının müzakirə etdiyi məsələlər Azərbaycanda medianın və ictimaiyyətin diqqət mərkəzindədir. Media və ictimaiyyətin diqqətini daha çox dövlət başçılarının Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı danışıqları çəkib.
Prezidentlərin danışıqları barədə Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, prezident Heydər Əliyev dövründə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqların iştirakçısı Vəfa Quluzadə “Amerikanın səsi” radiosuna müsahibə verib.
O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri hər hansı irəliləyişə nail olmayıb. “Münaqişəyə baxışlar dəyişməlidir. ABŞ və digər həmsədr dövlətlər Azərbaycanın ərazilərinin işğal olunduğunu bəyan etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazisini tərk etməsini tələb etməlidir”.
Cənab Quluzadənin fikrincə, yenidən Rusiya qoşunlarının Azərbaycan ərazisinə daxil olmasına imkan vermək olmaz. “Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycan ərazi bütövlüyünün təmin olunmasını istəyir və münaqişə Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməlidir”.
Keçmiş dövlət müşaviri Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Türkiyənin son bəyanatlarını yanlış hesab edir.

XS
SM
MD
LG