Accessibility links

Müsavat partiyasının parlamentin işinə qatılmaq qərarını müttəfiqləri pisləyir 


Müxalifətdə olan «Müsavat» partiyasının Məclisi parlamentin işinə qatılmaq və təkrar seçkilərdə iştirak barədə qərar qəbul edib. Müsavat partiyası «Azadlıq» Seçki Blokunun üzvüdür və quruma daxil olan Xalq Cəbhəsi və Demorkat partiyası parlamentin işinə qatılmamaq barədə qərar qəbul edib. Təbii ki, Müsavat partiyasının qərarı Azadlıq blokunun digər üzvləri və müttəfiqləri tərfindən birmənalı qarşılanmayıb. Müttəfiqlərdən biri, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət seçkilərin demokratik keçirilməməsinə etiraz olaraq deputat mandatından imtina edib. Bu günki mətbuat konfransında müsavatçı deputat Nəsib Nəsibli demokratiya uğrunda mübarizənin iki yolunun olduğunu bildirib. Onlardan biri seçkidir və artıq cənab Nəsibli qalib gəlib. İkinci yol isə inqilabdır. Ancaq, müsavatçı deputat «Azadlıq» bloku liderlərinin narıncı paltarlarını hələ əyinindən çıxarmadığı və qərənfillərini aylarla döşlərində gəzdirdiyi rəngli inqilabıqəbul etmir. Deputat İltizam Əkbərlinin namizədliyini «Azadlıq» bloku dəstəkləməyib. Ancaq bir qədər öncə Azadlıq blokunun qərarına tabe olmayaraq namizədliyni irəli sürdüyünə görə partiya sıralarından xaric edilmiş Aynur Camalqızından fərqli olaraq cənab Əkbərli müsavatçıdır. Deputat Pənah Hüseyn də Müsavat partiyasının qərarını dəstəkləyir. «Azadlıq» blokunun vahid namizədi olmuş Pənah Hüseyn parlament tribunasına can atır. «Müsavat» partiyasının qərarı «Azadlıq» blokunun gələcək layeini də sual altına qoyub. AXCP sədrinin müavini Fuad Mustayaev müxalifətin birliyinin tərəfdarıdır. Amma o blok daxilində artıq müxtəlif siyasi kursların olduğunu da deyir. «Demokrat» partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu Müsavatın qərarını birmənalı pisləyib. Onun fikrincə, «Müsavat» partiyasının parlamentin qərarı "Azadlıq" blokunun sonu deməkdir. «Azadlıq» blokunun müttəfiqləri, Azərbaycan Liberal partiyası və Milli Biprlik Hərkatı da Müsavat partiyasının qərarının əleyhinə çıxış edir. Müstəqil ekspertlər isə müxalifətin siyasi böhran burulğanında inildədiyini deyir. Turan agentliyinin siyasi eksperti Zəfər Quliyevin fikrincə, siyasi partiyaların ciddi islahatlara ehtiyacı var.
XS
SM
MD
LG