Accessibility links

İrandan Azərbaycana gətirilən 140 kiloqramadək narkotik vasitə götürülüb


Azərbaycan Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri son günlər 140 kiloqramadək narkotik maddə aşkar edərək götürüb. Narkotik maddələr İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirib. Onlardan ümumilikdə 121 kiloqramdan çox müxtəlif tərkibli narkotik vasitə götürülüb. 3 İran və 3 Azərbaycan vətəndaşı həbs edilib.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbiri nəticəsində də İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan 18 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, faktlarla bağlı 5 Azərbaycan və 1 İran vətəndaşı saxlanıb.

XS
SM
MD
LG