Accessibility links

Bakı-Tbilisi-Ceyhan kəməri işə düşür


Mayın 28-də Xəzər nefti ilə doldurulmuş ilk tanker Türkiyənin Aralıq dənizindəki Ceyhan limanınldan yola salınacaq. Bu həm də regionun ən böyük layihəsi, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsi deməkdir. Turan Agentliyinin Enerji bülletenin redaktoru İlham Şabanın sözlərinə görə, ilk partiya neftin alıcısı ABŞ-ın Ekson-Mobil şirkətidir. Xəzər neftinin Aralıq dənizinə çıxarılmasının əhəmiyyətinə isə, ekspert xüsusi önəm verir. Onun fikrincə, Azərbaycan nefti Avropanın bir sıra aparıcı dövlətlərinin, o cümlədən Adriatik dənizi ölkələrinin və İsrailin ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaq. Cənab Şaban Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulacığını real hesab edir. Ancaq ekspertin fikrincə, Kaşaqan neftinin 2008-ci ildən Azərbaycan vasitəsilə nəqli mümükn olacaq. Dünən isə BP- Şahdəniz əməliyyat şirkəti Bakı-Tbilisi-Ərzrum boru kəmərinin Azərbaycan hissəsində qaz nəqlinə başlayıb. Boru kəmərinin doldurulması üçün "Azəri" yatağından çıxarılan səmt qazından istifadə olunur. Turanın Enerji bülleteninin redaktorunun sözlərinə görə, Şahdəniz yatağından qazın hasilatına avqustda başlanacaq. Ekspert Azərbaycanın qaz ixracatçısına çevrilməsini neftdən də önəmli hadisə adlandırır. Onun firincə, tezliklə Azərbaycan qazı Avropa bazarında önəmli yer tutacaq.
XS
SM
MD
LG