Accessibility links

Azərbaycanda beynəlxalq sağlamlıq günü


BŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırılması Layihəsi və Səhiyyə Nazirliyi Abşeron rayonunun Məhəmmədi kəndində Ümumdünya Sağlamlıq günü münasibəti ilə layihənin icma fəaliyyətləri üzrə nailiyyətlərinə həsr olunmuş tədbir keçirib.
Reproduktiv Sağlamlıq layihəsi 2008-ci ilin yanvarından başlayaraq Bakı şəhəri və Abşeron rayonu icmalarında 37 qadın və kişi könüllü təlimçi tərəfindən hazırlanıb. Bu insanlar 500 icma sağlamlıq sessiyası keçirməklə, 3000 qadın və 1500 kişini reproduktiv sağlamlığın müxtəlif mövzularında maarifləndirib.
ABŞ səfiri Enn Desi bildirib ki, hesablamalara görə dünyada 200 milyon qadın ailə planlaşdırılmasının səmərəli və təhlükəsiz metodlarından istifadə etmək istəyir. Lakin çox zaman icmalar və həyat yoldaşları tərəfindən dəstəkləməməsindən bunu edə bilmirlər. Səfirin fikrincə, bu baxımdan fərdi icmaların reproduktiv sağlamlıq sahəsində göstərdiyi fəaliyyət əhəmiyyətlidir.
Reproduktiv Sağlamlıq Üzrə Milli koordinator Faizə Əliyeva bildirib ki, reproduktiv sağlamlıq bütövlükdə cəmiyyətin sağlamlığı deməkdir. Onun fikrincə, hazırda ölkədə bu sahədə vəziyyət o qədər də yaxşı deyil.
Xanım Əliyevanın sözlərinə görə, Azərbaycanda gənclərin 84,5 faizi kontroseptivlərdən istifadə etmir. Qalan 15,5 faizinin isə cəmi 1 faizi keyfiyyətli konstraseptivdən istifadə edir.
O “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunu da vacib sayır. Tədbirdə reproduktiv sağlamlıqla bağlı könüllü təlimçilər də iştirak edib. Könüllülər arasında kənd məscidinin axundu Hacı Fərzəli Şərifov da var. O hesab edir ki, reproduktiv sağlamlıq və ailə planlaşdırılması dində məqbul buyurulub.

XS
SM
MD
LG