Accessibility links

ABŞ şirkəti Azərbaycanda exit-poll keçirəcək


Azərbaycanda bu il noyabrın 5-də keçiriləcək parlament seçkilərində exit-poll keçirəcək Amerikanın PA Goverment Service konsaltinq firmasının həmdirektorları Devid Hoffman və Bob Baumqartner, eləcə də sifarişçi təşkilat olan ABŞ Beynəlxalq İnkişaf Agentilyinin əlaqələndiricisi Ceyms Qoqin mətbuat konfransı keçirib. Ceyms Qoqin bildirib ki, PA şirkətinin keçirəcəyi exit-poll Amerika tərəfindən Azərbaycanda dəstəklənəcək yecanə exit-polldur. PA şirkətinin həmdirektoru Devid Hofmanın sözlərinə görə, şirkət seçkilər günü ölkəki 125 seçki dairəsinin 65-də exit-poll keçirəcək və hər seçki dairəsində təsadüfü seçimlə 15 məntəqə seçiləcək. Onun sözlərinə görə, məntəqələrdə exit-polda iştirak edəcək seçicilərin intervalını komputer müəyyənləşdirəcək. «Azərbacanda ABŞ-ın dəstəklədiyi exit-poll zamanı seçicilərə anktelər veriləcək. Anonim yolla doldurulmuş anketlərə əsasən seçkidən dərhal sonra exit-polun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Seçkilərin nəticələri ilə müqaisədə exit-polldakı xəta həddi 3,5 faiz müsbət və ya mənfi ola bilər»-deyə o qeyd edib. Cənab Hofmanın sözlərinə görə, ext-poll mütləq siyasi neftrallıq, anonimlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında keçiriləcək. Həmsədir Bob Baumqartner PA şirkətinin keçirəcəyi exit-pollda Gürcüstandan Qorbi və Azərbaycandan Sorğu şirkətini tərəfdaş seçməsi barədə bəyanatı isə jurnalistlər tərəfindən gülüşlə qarşılanıb və PA şirkətinin təmsilçiləri çoxsaylı suallara cavab vermək məcburiyyətində qalıb. Belə ki, jurnalistlər Qorbi və Sorğu şirkətlərinin keçirdiyi sorğuların ölkədə mübahisələrə səbəb olması ilə bağlı məlumatları onların diqqətinə çatdırıb. Parlament seçkilərində iştirak edən aparıcı seçki bloklarının və siyasi partiyaların rəhbərləri də PA şirkətinin seçdiyi tərəfdaşlarla birgə tərəfsiz exit-poll keçirəcəyinə inanmır. Azadlıq blokuna daxil olan AXCP sədri Əli Kərimlinin fikrincə, PA şirkətinin Qorbi və Sorğu şirkəti ilə tərəfdaşlıq şəraitində keçirəcəyi exit-poll seçkilərinin nəticələrinin saxtalaşdırılmasına xidmət edə bilər. Onun sözlərinə görə, tərəfdaş şirkətlər Azərbaycan hökumətinə yaxınlığı ilə tanınır. AMİP lideri Etibar Məmmədov bildirib ki, Sorğu şirkəti 2003-cü ildə də böyük mübahisəyə səbəb olan sorğu keçirib. YES blokunun təmsilçisi Eldar Namazov bu şirkətin tərəfdaş seçilməsini mənfi qarşılayır. O hesab edir ki, sifarişli, qeyri-obyektiv məlumat yayan şirkət exit-poll-a cəlb edilə bilməz. İctimai Liderlər Birliyinin təmsilçisi Azay Quliyevin qənaətincə isə tərədaş şirkətlər ictimaiyyət tərəfindən etimada layiq olmalıdır. Müsavat partiyası başqanının müavini Arif Hacılı hesab edir ki, PA şirkəti öz tərfdaşları ilə bağlı məsələyə yenidən baxacaq.
XS
SM
MD
LG