Accessibility links

Şərqdə səs metodu ilə çap olunan ilk kitabın 125 yaşı tamam olur


Bu günlərdə akademik Hüseyn Əhmədovun tərtibi və transliterasiyası ilə A.O. Çernyayevskinin 1882-ci ildə Tbilisidə nəşr olunmuş "Vətən dili" kitabı latın qrafikası ilə Azərbaycan dilində çap olunub. Bu il kitabın nəşrinin 125-ci ili tamam olur. H.Əhmədov bildirib ki, müasir oxucunun tələb və imkanlarını nəzərə alaraq, əvvəlcə "Vətən dili"nin transliterasiyası (latın əlifbası ilə), sonra isə faksimileni (ilk nəşri olduğu kimi) kitabda dərc edib. Kitab Azərbaycan dilində çap olunan ilk əlifba kitabı və Şərqdə səs metodu ilə nəşr olunan ilk dərslik vəsaiti hesab olunur. Dərslik XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan məktəblərində tədris olunan əsas dərs vəsaiti idi. A.O.Çernyayevski XVIII əsrin 80-ci illərində Qori Müəllimlər Seminariyasının Azərbaycan dili şöbəsini təşkil edib və uzun müddət bu şöbəyə rəhbərlik edib. Onun XIX əsrin sonu - XX sərin əvvəllərində azərbaycanlıların təhsilə cəlb olunmasında və görkəmli ziyalıların yetiişməsində böyük rolu olub.
XS
SM
MD
LG