Accessibility links

Azərbaycanın bank sektorunda maliyyə çatışmamazlığı var


Turan İnformasiya Agentliyinin maliyyə şöbəsinin redaktoru Xanbəyli Anar Azərbaycanın bank sektorunda maliyyə vəsaitinin çatışmadığını bildirib. Onun fikrincə, banklarda maliyyə çatışmamazlığını aradan qaldırmaq üçün həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun kifayət qədər çox ehtiyat vəsaitləri var. Ekspert hesab edir ki, artıq ikinci ildir ki, xaricdən ölkəyə gələn kreditlər kəskin azalıb və eyni zamanda banklar xarici banklar kreditlərini geri alır. Bu da külli miqdarda vəsaitin daxili dövriyyədən çıxmasına səbəb olub.
A.Xanbəyli hökumətin maliyyə siyasətində dəyişikliyin vacibliyini deyir. “Azərbaycan valyuta ehtiyatlarından kreditləşmədə istifadə etməlidir ki, iqtisadiyyatın inkişafında təkan yaransın”.

XS
SM
MD
LG