Accessibility links

Gürcüstanın  baş naziri Zurab Nogaideli Cənubi Osetiyanın sülh planı barədə təklifini bəyənib


Gürcüstanın Baş naziri Zurab Nogaideli Cənubi Osetiyanın birgə sülh planı hazırlanması barədə təklifini məmnunluq hissi ilə qarşıladığını bildirib. O, bu gün Tbilisidə təşkil etdiyi mətbuat konfransında söyləyib ki, sülh planını müzakirə etmək üçün Cənubi Osetiyanın lideri Eduard Kokoiti ilə görüşməyə hazırdır.

Cənubi Osetiyanın lideri dünən üç mərhələli bir sülh planı təklif edib. Bu plan hərbi qüvvələrin münaqişə zonasından çıxarılması, sosial-iqtisadi inkişaf və tərəflər arasında danışıqlar keçirilməsini əhatə edir. Cənab Kokoiti Gürcüstanın baş naziri ilə fevral ayında görüşməyi təklif edib. Keçən il Gürcüstan qoşunlarının Cənubi Osetiyaya daxil olmaları bölgədə gərginliyin artması ilə nəticələnmişdi. Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziya üzərində mərkəzi hökumətin nəzarətini bərpa etməyə söz verib.

XS
SM
MD
LG