Accessibility links

ABŞ-da Azərbaycan diaspor təşkilatları:"Azərbaycan 11 sentyabrdan sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biridir"


ABŞ-da Azərbaycan diaspor təşkilatları:"Azərbaycan 11 sentyabrdan sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biridir"

ABŞ-da Azərbaycan diaspor təşkilatları:"Azərbaycan 11 sentyabrdan sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biridir"

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları 11 sentyabr hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlar verib

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda terror hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlarla çıxış edib. Bəyanatlarda 11 sentyabr hadisələri zamanı minrlərlə amerikalı və digər xalqların nümayəndələrinin həyatlarını itirdiyi və hadisə qurbanlarının xatirəsinin heç zaman unudulmayacağı qeyd edilir. Burada göstərilir ki, Amerikada yaşayan azərbaycanlılar ABŞ hərbi qüvvələrinə qoşulmuş, hücumlardan sonrakı illər azərbaycanlılar Əfqanıstan və İraqda döyüşən ABŞ hərbi qüvvələrinə dəstək vermişdir. “ABŞ Hərbi Dəniz Qüvvələrinin kiçik kapralı, Kaliforniyanın San Diyeqo şəhərindən olan azərbaycanlı Murad Rəhimov Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqdakı əməliyyatları zamanı həlak olmuşdur”-deyə Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin birgə bəyanatında qeyd edilir.

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatlarının bəyanatlarında Azərbaycanın 11 sentyabr hadisələrinə cavab olaraq terrorizmə qarşı mübarizəyə qoşulan ilk ölkələrdən biri olduğu vurğulanır. Burada deyilir ki, Azərbaycanın günahsız insanların həyatını itirdiyi terror hücumlarına reaksiyası təsadüfi olmayıb. Bəyanatlarda Ermənistanın 1987-1994-cü illər arasında Qarabağ və ətraf rayonlarda Azərbaycana və azərbaycanlılara qarşı təcavüzü nəticəsində 25 min azərbaycanlının həlak olduğu, çoxsayda insanın yaralandığı və 800 min insanın məcburi qaçqın olduğu göstərilir. “Ermənistan tərəfindən təcavüz zamanı Azərbaycanın özü də terror aksiyalarına məruz qalıb. 1984-cü ildə paytaxt Bakıda avtobusda iki uşaq anasının həlak olması, bir neçə adamın isə yaralanması ilə nəticələnmiş partlayış, 1992-ci ildə Xocalı şəhərində qadınlar və uşaqlar da daxil olmaqla, 613 mülki vətəndaşın həlak olduğu hücum, 1994-cü ildə mart ayında isə Bakıda metroda 14 adamın ölümü və 42 adamın yaralanması ilə nəticələnmiş partlayış buraya daxildir”-deyə bəyanatda qeyd edilir.

Amerikadakı Azərbaybaycan diaspor təşkilatları terrorizmin bütün növlərinə qarşı qətiyyətlə dayandıqlarını bir daha vurğulamış və belə hadisələrin bir daha heç vaxt təkrar olmaması üçün terrorizmin vaxtında məhkum edilməli olduğunu bildirmişlər,

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG