Accessibility links

ABŞ insan alverinə dair illik hesabat açıqlayıb


ABŞ insan alverinə dair illik hesabat açıqlayıb
ABŞ insan alverinə dair illik hesabat açıqlayıb

Hesabat Azərbaycanın insan alveri ilə bağlı minimum standardlara əməl etmədiyi qənaətindədir

ABŞ Dövlət Departamenti bu gün İnsan Alverinə dair 2010-cu il üçün hesabatını açıqlayıb. Hesabatı təqdim edən Hillari Klinton universal insan haqlarının qorunmasının vacibliyini vurğulamış və bütün dövlətləri insan alverinə qarşı mübarizəni gücləndirməyə çağırmışdır. O, ilk dəfə olaraq Birləşmiş Ştatların da başqa ölkələrə tətbiq edilən standardlara əsasən indeksdə yer aldığını bildirib.

Hesabat Azərbaycanın insan alveri ilə bağlı minimum standardlara əməl etmədiyi qənaətindədir. Ölkə rəhbərliyinin göstərdiyi səylərə baxmayaraq Azərbaycanda qul əməyinin qurbanlarına kifayəy qədər diqqət yetirilmədiyi və insanları istismar edən fərdlərin və hökumət rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmadığı vurğulanır. 2009-cu ilin avqüustunda Azərbaycan hökuməti qurbanların müraciət mexanizmini, sentyabrda isə insan alveri indakatorlarının siyashınsını təsdiq etmişdir. Lakin beynəlxalq ictimaiyyətdə olan dəlillərə baxmayarq Azərbaycanın inşaat sektorunda çalışan 496 Şərqi Avropalı qul əməyi qurbanları vaxtında müəyyən edilməyib. Hökumət bu növ səylərə il ərzində 625 min dollar ayırsa da, qul əməyi qurbanları üçün pul sərf olunmamış, və beynəlxalq ictimaiyyət yardım üçün öz vəsaitlərindən istifadə etməli olmuşdur. ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinə insan alveri qurbanlarına yardım mexanizmini təkmilləşdirməyi və cəzasızlıq mühitini aradan qaldırmağı tövsiyə edib.

2010-cu il insan alveri üzrə hesabat Palermo Protokolunun qəbulunun 10-cu ildönümünə təsadüf edir. 2000-ci ildə BMT İnsan alverinin qarşısını almaq, ona qarşı mübarizə aparmaq və cəzalandırmağa dair protokol qəbul etmişdi. Həmin protokol əsasında ABŞ İnsan Alveri Qurbanları Aktı adlı qanun qəbul etmişdi.

XS
SM
MD
LG