Accessibility links

ABŞ Konqresində müsəlman icmasına dair dinləmə başlayır


ABŞ Konqresində müsəlman icmasına dair dinləmə başlayır
ABŞ Konqresində müsəlman icmasına dair dinləmə başlayır

ABŞ Nümayəndələr Palatasında komitə Amerikada müsəlman icmasının radikallaşmasına dair mübahisəli dinləmə keçirir. Daxili Təhlükəsizlik məsələləri üzrə komitə qarşısında Demokrat konqresmen Keith Ellison və ekstremizmə yuvarlanmış şəxslərin ailə üzvləri ifadə verəcəklər.

Komitənin Respublikaçı sədri Peter King deyir ki, dinləmələr milli təhlükəsizliyə həqiqi təhlükəni araşdırmaq üçün vacibdir. O, deyir ki, planlaşdırılmış sessiyanı tənqid edənlər onu bu işdən çəkindirməyəcək. Dinləmənin əleyhdarları dini azlığın ayrıseçkiliyə məruz qalacağından narahatdırlar. Amerika İslam Münasibətləri Şurasının icraçı direktoru Nihad Avad deyir ki, konqresmen King bir ovuc adamın əməllərinə görə müsəlman icmasını ittiham etməməlidir.

ABŞ-da təxminən 7 milyon müsəlman yaşayır. Peter King deyir ki, şübhəli fəaliyyətlər haqda rəsmilərə məlumat verməkdə müsəlman icmasının liderləri dövlət orqanları ilə kifayət qədər əməkdaşlıq etməyiblər. ABŞ Baş Prokuroru Eric Holder bu ittihamla razılaşmadığını deyərək müsəlman icmasının bir neçə qəsdin qarşısını almaqda yardım göstərdiyini bildirib.

XS
SM
MD
LG