Accessibility links

Bir qrup ABŞ rəsmisinə maliyə müəssisələrinin rəsmilərinə ödəniş təcrübəsini nəzərdən keçirmək həvalə olunub


ABŞ rəsmiləri, 17 bankı maliyə böhranı dövründə icraçılara yüksək kompensasiya verdiyinə görə tənqid ediblər

Bir qrup ABŞ rəsmisinə ölkənin böyük maliyə müəssisələrinin yüksək vəzifəli rəsmilərinə maaş və başqa ödəniş təcrübəsini nəzərdən keçirmək həvalə olunub. ABŞ rəsmiləri, 17 bankı 2008-ci ilin sonu və 2009-cu ilin əvvəlində olan maliyə böhranı dövründə icraçı direktorlara yüksək kompensasiya verdiyinə görə tənqid ediblər. Lakin banklar işçilərinə böyük bonuslar vermələrinin səbəbləri olduğunu bildiriblər. ABŞ maliyə müəssisələrinin ödəmə təcrübələrinə nəzarət edən Kennet Feinberq 17 bankın fövqaladə hallar üçün dövlətdən kredit alandan sonra yüksək icraçı direktorlarına cəmi 1.6 milyon dollar bonus şəklində verilməsini aşkar edib. Obama Administrasiyasının icraçılara ödənən kompensasiya üzrə təyin etdiyi xüsusi mütəxəssis Feinberq 400-dən çox bankın təcrübəsini nəzərdən keçirib. Bu compensasiyalar verilən zaman düşünülmədən hərəkət edilib, şirkət tərəfindən səf qərar olub lakin heç bir qanun pozulması olmayıb. Onlar o zaman heç bir nizamnaməni pozmayıblar. Lakin bir çox Amerikalı özlərini təhqir edilmiş hiss ediblər. Vergi ödəyicilərinin pulları şirkətin bağlanmamasına kömək edən bir anda, İcraçıların böyük bonuslar almaları onları qəzəbləndirib.Vergi ödəyicilərinin qəzəblənməyə tam haqları var. Kim qəzəblənməz ki? Damon Silvers ABŞ, AFL-CİO həmkarlar ittifaqı federasiaysnı təmsil edir.Şirkət çətinliyə düşəndə, əsasən də maliyə şirkəti, nağd pull əsas həll yoludur. Çoxlu nəğd pull paylamaq, yalnız əgər məcburiyyət varsa lazımdır. Nağd pul xərcləmək nə şirkətin nə də ictimayyətin maraq dairəsində deyil. Skot Talbot Maliyə Xidməti Dəyirmi Masası adlı təşkilatın sözcüsüdür. Təşkilat ABŞ-da 100-lərlə böyük maliyə şirkətlərini təmsil edir. İşçilərin yaxşı işləməri üçün stimul yaratmaq lazımdır. Və bəli, Amerikanın yerdə qalan hissəsi üçün Wall Street ödəmə strukturu qeyri etik görünür. Lakin bu adamlar belə fəaliyyətləri yerinə yetirə bilmə, belə prosesləri idarə etmə və onlarda iştirak etmə qabiliyyətinə malik seçmə bir qrupa məxsusdur. Talbot bildirib ki, bank işçiləri üçün xüsusi kompensasiyalara üçüncü tərəf uzun müddət əvvəl icazə verir. Onların hamısı hər bir şirkətdə, səhimdarlar və müstəqil kompensasiya komitəsi tərəfindən imzalanıblar. Feinberqin pulları geri qaytarmaları üçün banklara təyziq göstərmə səlahiyyəti yoxdur. O deyir ki, 17 şirkətdən 11-i hökumət kredit borclarını faizi ilə bərabər artıq geri ödəyiblər . O, bankları yeni qaydalar qəbul edərək gələcəkdə hər hansısa böhran ola bilən dövrdə, yüksək səviyəli icraçılara kompensasiya verilməsini məhdudlaşdırmağa çağırıb. Prezident Barak Obama deyib ki, bank icraçılarına verilən yüksək miqdarda bonuslar maliyə islahatlarına ehtiyac olduğunu göstərir. Onun, maliyə islahatları haqqda qanun layihəsini bu yaxınlarda imzalaması ilə sənəd artıq qanun qüvvəsi qazanıb.

XS
SM
MD
LG