Accessibility links

ABŞ-ın Ədliyyə Nazirliyinin və FBI-nin veb saytlarına haker hücumu olub


ABŞ-ın Ədliyyə Nazirliyinin və FBI-nin veb saytlarına haker hücumu olub
ABŞ-ın Ədliyyə Nazirliyinin və FBI-nin veb saytlarına haker hücumu olub

ABŞ-ın Federal Təhqiqatlar Bürosu – FBI dünən hökumətin dünyanın ən böyük paylaşım səhifələrindən birini bağlayandan sonra nə üçün FBI, Ədliyyə Nazirliyi və bəzi əyləncə saytlarının fəaliyyətində problemlər yaşanmasını araşdırır.

Özünü “Anonim” adlandıran hakerlər qrupu məsuliyyəti öz üzərinə götürüb. Dünən bir neçə saat ərzində bu saytlara daxil olmaq mümkün olmayıb. Federal agentliklər də daxil olmaqla, bu gün səhərə yaxın bütün səhifələrin fəaliyyəti bərpa olunub.

Dünən ABŞ federal rəsmiləri Megaupload kimi tanınan paylaşım saytını bağlamış və onun təsisçisi ilə yanaşı 6 nəfəri müəlliflik hüquqlarını pozmaqda ittiham edib.

Megaupload təsisçisi Kim Dotcom ABŞ rəsmilərinin tələbi ilə Yeni Zelandiyada həbs edilib.

ABŞ Ədliyyə Nazirliyi və FBI-ın birgə bəyanatında deyilir ki, bu addım müəlliflik məsələsinə görə ABŞ-ın gördüyü ən geniş tədbirdir. İttiham olunanlara qarşı iddialar təsdiq edilsə, onları 20 ilədək həbs gözləyir. Rəsmilər deyir ki, Megaupload müəlliflik hüququnun sahiblərinə 500 milyon dollar dəyərind əziyan vurub.

XS
SM
MD
LG