Accessibility links

ABŞ-ın Quantanamo həbsxanasında cəza çəkən məhbus üzərində ilk vətəndaş məhkəməsi təxirə salındı


ABŞ-ın Quantanamo həbsxanasında cəza çəkən məhbus üzərində ilk vətəndaş məhkəməsi təxirə salındı
ABŞ-ın Quantanamo həbsxanasında cəza çəkən məhbus üzərində ilk vətəndaş məhkəməsi təxirə salındı

Keniya və Tanzaniyadakı ABŞ səfirliklərinə hücumlar zamanı 12-ci amerikalı olmaqla, 224 nəfər ölmüşdü

Briləşmiş Ştatların Quantanamo hərbi həbsxanasında cəza çəkən məhbus üzərində Nyu York şəhərində bu gün keçiriləcək ilk vətəndaş məhkəməsi əsas şahid iştirak edə bilmədiyinə görə təxirə salınıb. Əhməd Xəlfan Geylaninin 1998-ci ildə Keniya və Tanzaniyadakı Birləşmiş Ştatlar səfirliyinə edilən bomba hücumlarında əli olduğu barədə işə Federal Məhkəmə baxmalı idi. Həmin hücumlar zamanı 112-si amerikalı olmaqla, 224 nəfər ölmüşdü. Hakimin bu işlə bağlı əsas şahid Hüseyn Əbibinin məhkəmədə ifadə verməsinə icazə verəcəyi gözlənilirdi. Geylaninin vəkili Mərkəzi Kəşfiyyat Agentliyinin onun haqda dindirmə zamanı öyrəndiyini əsas gətirərək, Əbibinin şahid qismində gətirilməməsinə çağırmışdı.

Birləşmiş Ştatlar 2004-cü ildə Pakistanda oğurlanandan sonra Geylaninin Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən iki il sorğu-suala tutulduğunu deyir. Geylaniyə qarşı irəli sürülən ittiham təsdiq edilərsə o, ömürlük həbs cəzasına məhkum edilə bilər.

XS
SM
MD
LG