Accessibility links

ABŞ-ın Ukraynadakı səfiri Con Tefft Yuliya Timoşenko ilə görüşmək icazəsi istəyib

  • Amerikanın səsi

ABŞ-ın Ukraynadakı səfiri Con Tefft Yuliya Timoşenko ilə görüşmək icazəsi istəyib

ABŞ-ın Ukraynadakı səfiri Con Tefft Yuliya Timoşenko ilə görüşmək icazəsi istəyib

ABŞ-ın Ukraynadakı səfiri Con Tefft Ukraynanın Xarici İşlər Nazirliyindən sabiq baş nazir Yuliya Timoşenko ilə görüşmək icazəsi istəyib. Səfirin tələbi Amerika səfirliyinin mətbuat xidməti tərəfindən təsdiq edilib. Dünən ABŞ Dövlət Departamenti Ukraynanın Yuliya Timoşenkonun həbsinin siyasi motivlərə əsaslandığını bildirərək, onun dərhal azad edilməsinə çağırıb. Departamentin sözçüsü deyib ki, rəsmi Kiyev Ukraynada qanunun aliliyinə dair narahatlıqların artdığı bir vaxt Timoşenkonun işini nəzərdən keçirməlidir. Avropa İttifaqının üzvləri dəTimoşenkonun həbsini qınayıblar.Timoşenko vəzifədə törədilən cinayətlərlə bağlı istintaq altında olan 400 nəfərdən biridir. Tənqidçilər syasi fiqurların mühakiməsini onların Viktor Yanukoviçə müxalif olması ilə izah edir. ABŞ, Avropa və Rusiyanın tənqidlərinə baxmayaraq, Timoşenko ötən cümə günündən bəri nəzarət altındadır.

XS
SM
MD
LG