Accessibility links

ABŞ prezidenti neft sızmasının baş verdiyi körfəz regionuna gedəcək


Neft axıntısı artıq Luiziana ştatının sahillərinə çataraq ətraf mühit üçün ciddi problemlər yaradıb

Növbəti 48 saat ərzində Prezident Barak Obamanın ABŞ-ın körfəz sahillərinə səfər edəcəyi gözlənilir. Səfərin məqsədi regionda nəhəng neft sızmasını nəzərdən keçirməkdir. Ağ Ev sözçüsü deyir ki, prezident ofşor neft quyusunda sızma ilə bağlı görülən tədbirlərlə yaxından tanış olmaq istəyir. Neft axıntısı artıq Luiziana ştatının sahillərinə çataraq ətraf mühit üçün ciddi problemlər yaradıb. Aprelin 20-də səbəbi aydın olmayan partlayış nəticəsində ofşor neft buruğu suda batmış, və hazırda hər gün dənizə 800 min litr neft axır. Rəsmilər ehtiyat edir ki, indiki qəzanın miqyası 1989-cu ildə Alaska yaxınlığında Exxon Valdez tankerinin suya 39 milyon ton neft axıtdığı qəzadan daha geniş ola bilər.

XS
SM
MD
LG