Accessibility links

ABŞ Suriyadakı müvəqqəti işlər müvəkkilini geri çağırıb


ABŞ Suriyadakı müvəqqəti işlər müvəkkili Züheyr Cabborun geri qayıtmasına 72 saat vaxt verib. Çağırış Suriya hökumətinin Hula şəhərindəki kütləvi qırğına etiraz mahiyyəti daşıyır. Suriyanın hökumət qüvvələrinin Hula şəhərində hücumu nəticəsində 30-i uşaq olmaqla, 90 nəfərin həlak olduğu bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, Amerika bu hücuma etirazla cavab verir. “Günahsız uşaqlar və qadınlara qarşı bu bağışlanılmaz, mənfur hücum özünə güvənən iranlılar tərəfindən dəstəklənib. ”

O, İranın hücumla əlaqəsinə dair heç bir dəlil gətirməsə də, Vaşinqtonun İranın Qüds qüvvəsinin rəhbərinin müavininin Suriyaya məsləhətlər verdiyinə görə təriflənməsini “”maraqlı” hesab etdiyini deyib.

Obama administrasiyası Suriya nümayəndəsinin çıxarılma qərarının səfirlərini geri çəkən Avstraliya Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Hollandiya və İspaniya ilə koordinasiyalı şəkildə verildiyini bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, hücum Suriya prezidenti Bəşar Əl-Əsədin bu günə qədər sülh və təhlükəsizliyə hədələrinin birmənalı olduğuna işarədir. O deyib ki,Suriya prezidenti BMT-nin Təhlükəsizlik Şurasının döyüşlərin dayandırılmasına çağıran qətnamələrinə riayət etmir.

Dövlət Departamentinin sözçüsü Vaşiqntonun Kofi Annanın vasitəçi səylərini dəstəklədiyini, lakin diplomatiya cəhdlərinin artıq sona çatdığınıdüşündüyünü bildirib. Viktoriya Nuland deyib ki, Amerika Suriyaya qarşı iqtisadi, siyasi və diplomatik təzyiqlərini davam etdirəcək.

XS
SM
MD
LG