Accessibility links

ABŞ Türkiyədə nüfuzunu itirir


ABŞ Türkiyədə nüfuzunu itirir
ABŞ Türkiyədə nüfuzunu itirir

Transtlantik Trendsin keçirdiyi sorğunun nəticələrinə görə, türklərin yalnız 17 faizi Amerikaya dair müsbət fikrə malikdir

Qərblə Şərqin yol ayrıcında yerləşən Türkiyə son il qərb ölkələri və qərb təsisatlarına qarşı münasibətini dəyişib. Transtlantik Trendsin keçirdiyi sorğunun nəticələrinə görə, türklərin yalnız 17 faizi Amerikaya dair müsbət fikrə malikdir. ABŞ prezidentinin əhalisinin əksəriyyəti müsəlman olan bu ölkə ilə münasibətləri dərinləşdirmək səylərinə baxmayaraq, türklər arasında Obamanın populyarlığı cəmi 22 faiz təşkil edir. Hakimiyyətə gəldiyi il ABŞ prezindentinə rəğbətlə yanaşanların sayı 28 faiz idi.

Siyasi analitik İan Lesser sorğunun təşkilatçısıdır.

ABŞ liderliyinə müsbət münasibət həqiqətən dəyişib. Amerikaya rəğbət göstərərnlərin sayı azdır.

Amerikaya qarşı ictimai dəstək əsasən müsəlmanlar arasında azalıb. Dünyəvi Türkiyədə Qərbin təsisatlarından da narazılıqlar hökm sürür. Qərbin təhlükəsizlik təşkilatı NATO Türkiyədə nüfuzunu itirməkdədir. 2004-cü ildən bəri alyansı dəstəkləyənlərin sayı 20 faiz azalıb. Türkələrin yalnız 30 faizi bu qurumu təhlükəsizliyin müdafiəsi üçün vacib hesab edir.Türkiyənin Avropa Birliyinə üzvlüyünün ölkəyə mənfəəti olacağını düşünənlər 38 faiz təşkil edir. 2004-cü ildən bu göstərici 35 faiz azalıb. Amerika Universitetinin beynəlxalq xidmətlər üzrə müəllimi Mişel İqan:

Türkiyənin Avropa Birliyi və Qərbdən uzaqlaşması narahatlıqlara yol açıb. Türkiyə Yaxın Şərq qonşuları ilə fəallıq nümayiş etdirir. Braziliya ilə, ABŞ-ın əleyhinə olduğu İranla münasibətlərini dərinləşdirir.

Sorğuda İran xüsusi yer alıb. Respondentlərin 14 faizi hesab edir ki, İranı nüvə proqramından çəkindirmək üçün hərbi üsullara əl atılmalıdır.

Amerikada yaşayan türklər arasında da qərbə qarşı mənfi rəy artmaqdadır.

Hatice Şermat:“Türk xalqı Avropa Birliyinə üzv olmaq istəmir, çünki hazırda vəziyyət yaxşıdır.Ölkədə yaxşı vəziyyətdə olan gənc nəsil üstünlük təşkil edir. ”

Fulya Gorer:“Mən buraya təhsil almaq üçün gəlmişəm.Bir çoxlarından prezident Obamanın vədlərinə əməl etmədiyinə görə, ondan narazı olduqlarını eşidirəm.

Avropa Birliyinə üzvlük müraciəti üçün Türkiyənin konstitusiyasında islahatlar aparmasına baxmayaraq, AB-yə üzvlük Türkiyənin beynəlxalq miqyasda tanınan Yunan Kipri hökuməti ilə normal münasibətlər yaratmadığı təqdirdə, mümkün olmaya bilər.

Amerikanın bu iki mühüm müttəfiqi- skeptik Türkiyə və qeyri-müəyyən mövqedə olan Qərbi gələcəklə bağlı suallar düşündürür.

XS
SM
MD
LG