Accessibility links

Heydər Əl-Abadi Barak Obama ilə görüşəcək


Obama US Iraq
Obama US Iraq

İkili İslam Dövlətinə qarşı mübarizəni müzakirə edəcək

İraqın baş naziri Heydər əl-Abadi İslam Dövləti yaraqlılarına qarşı mübarizəni müzakirə etmək üçün bazar ertəsi ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Görüş Almaniyada keçirilən G7 sammitində, ancaq zirvə toplantısından kənar keçirilir. Bir həftə öncə isə cənab Abadi İraq ordusuna dəstək olaraq bir ilə yaxındır hava hücumları həyata keçirən ABŞ-ın başçılıq etdiyi koalisiyadan daha çox yardım istəyib.

ABŞ və Fransa rəsmiləri bu danışıqlardan sonra Əl-Abadiyə dəstəklərini bildiriblər. Onlar həmçinin böyük irəliləyişlərin əldə olunduğunu, lakin yaraqlılar tərəfindən ələ keçirilən torpaqları geri almaq məqsədilə İraq ordusunu möhkəmləndirmək üçün daha çox avadanlıq və təlimlərə ehtiyac olduğunu bildiriblər.

Bazar günü İraq qüvvələri Baiciyə irəliləyiblər. Orada onlar bir il ərzində ikinci dəfə İslam Dövləti döyüşçülərindən neft emalı şəhərini geri almağa çalışırlar.

İraq və Suriyada neft hasil olunan əraziləri hədəf alan İslam Dövləti neftdən alınan gəlirlə isə hər iki ölkədəki fəaliyyətlərini maliyyələşdirir. İslam Dövlətinə qarşı hökümət qüvvələri, kürd yarı-hərbi bölmələri, Suriyadakı üsyançılar ABŞ-ın başçılıq etdiyi hava hücumlarınım müşayiəti ilə mübarizə aparır.

Britaniya baş naziri Deyvid Kamerun sammitin ilk günündə Britaniyanın İslam Dövlətinə qarşı döyüşən yerli əsgərlərə təlim keçmək üçün İraqa 125 əsgər göndərəcəyini elan edib.

XS
SM
MD
LG