Accessibility links

ABŞ Misirin sabiq prezidenti Məhəmməd Mörsi və 2011-ci ildə həbsdən kütləvi qaçışlara görə cavabdeh hesab edilən digər 100-dən çox müttəhim haqqında ölüm hökmü çıxarılmasını ciddi narahatlıqla qarşıladığını bildirib.

"Biz dəfələrlə kütləvi məhkəmə proseslərinin və hökmlərin əleyhinə çıxış etmişik, çünki bu addımlar Misirin beynəlxalq öhdəlikləri və qanunun aliliyi ilə ziddiyyət təşkil edir" - deyə Dövlət Departamentinin bugünkü bəyanatında deyilir.

Ölüm hökmü dünən Qahirə məhkəməsində çıxarılıb.

Misirin ali dini rəsmisi olan baş müftisi iyunun 2-də hökmlə bağlı son qərarı verməlidir.

Sabiq prezident həmçinin casusluq ittihamları ilə üzləşir.

Mörsinin vəkili ölüm hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.

XS
SM
MD
LG