Accessibility links

ABŞ prezidenti Hillari Klintonun seçki kampaniyasında çıxış edib


Prezident Barak Obama bir zamanlar rəqibi olmuş Hillari Klintonun Ağ Ev uğrunda mübarizəsinə qoşulub. Hazırki prezident siyasi irsinin özündən sonra da davam etdirilməsinə çalışır.

Obama Klintonun Şimali Karolinanın Şarlot şəhərindəki nümayişində geniş kütlə qarşısında çıxış edib.

"Amerikanın gedəcəyi iki tam fərqli istiqamət arasında aydın seçim edəcəksiniz. Hətta bu seçim sağ və sol və ya Demokrat və Respublikaçı arasında deyil, bu seçim keçmişə qayıtmaq yoxsa gələcəyə çatmaq arasında olacaq. Bu seçim Amerikanın hamı üçün, yoxsa kiçik bir qrup üçün çalışması arasında olacaq".

Obama və Klinton çıxışlarında siyasətlərinin və gələcəyə dair baxışlarının oxşarlıqlarına işarə ediblər.

Hazırda razılıq reytinqləri yüksək olan Obamanın Klintonu dəstəkləməsi onun Demokrat Partiyasından namizədliyi əldə etməyə böyük yardım göstərə bilər.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG