Accessibility links

ABŞ-da pulsuz təhsil [Video]


ABŞ-da pulsuz təhsil
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Dünya boyu yüksək təhsil almaq istəyən gənclərin sayı hər gün getdikçə artır. Xalqın Universiteti adı ilə tanınan qurum tamamilə onlayn təhsil verir və bu xidmət pulsuzdur. Bu, daha çox maddi imkanı olmayan gənclər üçün cazibədardır. Los Ancelesdə yerləşən universitet qeyri-qanuni miqrantlar üçün ümid yerinə çevrilib.

Meksikadan olan Emmanuelin arzusu Birləşmiş Ştatlarda universitet təhsili almaq olub, və indi bu arzu həyata keçib.

Emmanuel: “Birinci, mən ingilis dilini öyrənməliydim və sonra başa düşdüm ki, Birləşmiş Ştatlarda rəsmi təhsil almaq üçün çox az imkan var.”

Qeyri-qanuni miqrant olduğu üçün bu, belədir. Sadəcə adını deyən Emmanuel, onun təhsil almağa maddi imkanı olmadığını deyir.

Emmanuel: “Mən ABŞ-da heç bir təqaüdə və ya maliyyə dəstəyinə müraciət edə bilmə imkanım olmadığını anladığımda, özümü hər şeydən kənarlaşdırdım.”

Emmanuel Xalqın Universiteti ilə onlayn tanışdıqda, bunun doğru olduğuna ilk inanmayıb. Daha sonra universitetdə qeydiyyatdan keçərək, buranın həqiqətən də ona kompyuter fənlərini öyrətdiyinin şahidi olub. Universitet onlayn yerləşdirilmiş materiallardan istifadə edərək təhsil verir. Dərslərə hazırlıq tamamilə tələbənin öz istəyinə əsaslanır.

Şay Reşef: “Biz universitetlərə, hökumət təşkilatlarına yüksək təhsil probleminin həll ola biləcəyini göstərdik. Yüksək təhsil hər kəs üçün açıq, münasib, yüksək keyfiyyətdə olmalı və arxada heç kimi təhsilsiz buraxmamalıdır.”

Xalqın Universiteti hələlik kompyuter və iqtisadi idarəçilik sahələrində təhsil verir. Təhsil pulsuzdur, lakin tələbələr qeydiyyat üçün 50 dollar və hər bir imtahan üçün 100 dollar pul ödəməlidirlər. Maliyyə dəstəyi də mövcuddur. Tələbələrin ingilis dilində mükəmməl danışmaları, orta məktəbdən məzun və 18 yaşın üstündə olmaları lazımdır.

Şay Reşef: “Biz onlar üçün alternativ yoluq və onlar bundan möhkəm yapışmalı və müvəffəqiyyət əldə etmələri üçün hər şey etməlidirlər.”

Universitetin tələbələri arasında qaçqın və qeyri-qanuni mühacirlər də var. Onlara kömək etmək üçün universitet Yale Universiteti kimi akademik institutlarla əməkdaşlıq edir və Mikrosoft və HP kimi şirkətlərdən dəstək alır. Bu ortaqlardan bəziləri maliyyə dəstəyi ilə yanaşı tələbələri təcrübə keçmələri üçün iş imkanı ilə təmin edir.

Emmanuel deyir ki, tələbələr ilə canlı tanışma imkanının olmasına baxmayaraq, o dünyanın bir çox ölkələrindən olan tələbələrlə onlayn tanış olmaqdan məmnundur.

Emmanuel: “Qlobal təşəbbüs sayəsində mən sadəcə bu ölkədə qalmıram.”

2500-dən çox tələbə universitetdə qeydiyyatdan keçib. Universitet bu rəqəmin gələn il ikiqat artacağını gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG