Accessibility links

Fövqəladə hallar üzrə nəzəriyyə məşqləri olub


Mayın 25-26-da ABŞ-ın Müdafiə sahəsində Təhdidlərin Azaldılması Agentliyi (DTRA) Şabran rayonunun (Bakıdan 122 kilometr şimal) yaxınlığında fövqəladə hallar üzrə nəzəriyyə məşqlərinə sponsorluq edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, məşqlərdə Kənd Təsərrüfatı, Səhiyyə, Müdafiə, Fövqəladə Hallar Nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti iştirak edib.

Müzakirələrə həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin, DTRA Agentliyinin, Ümumdünya Səhiyyə Təşkilatının və Virginia ştatının Ətraf Mühitin Müşahidə Departamentinin rəsmiləri qatılıb.

Məlumatda deyilir ki, iki günlük tədbir bioloji təhlükələr haqqında bilgiləri artıraraq, baş vermiş mürəkkəb hadisələrlə bağlı təcrübələri bölüşmək üçün qərar qəbul edən qurumlar üçün forum rolunu oynayıb.

XS
SM
MD
LG