Accessibility links

USAİD Göbəktala kəndində tibb məntəqəsi tikib


İmişli rayonunun Göbəktala kəndində yeni tibb məntəqəsi
İmişli rayonunun Göbəktala kəndində yeni tibb məntəqəsi

İyunun 19-da İmişli rayonunun Göbəktala kənd(Bakıdan 238 kilometr cənub-qərb) sakinləri yeni tibb məntəqəsinin tikintisinin uğurla başa çatmasını qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, tibb məntəqəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti, yerli bələdiyyə və icma sakinlərinin birgə maliyyəsi sayəsində tikilib.

Məlumatda deyilir ki, Göbəktala kəndi keyfiyyətli səhiyyə xidmətləri üçün müvafiq infrastruktura və avadanlığa malik deyildi və bu yeni məntəqə icmanın 1500-ə yaxın sakininin gündəlik sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Bu yeni məntəqə də daxil olmaqla, USAID İmişli rayonunun Əliyetməzli və Ağaməmmədli, habelə Sabirabad rayonunun Qaralar kəndlərində 4 tibb məntəqəsinin tikintisində tərəfdaşlıq edib. Həmin məntəqələr 4300 nəfərə keyfiyyətli tibbi xidmətlər göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG