Accessibility links

ABŞ-ın kəşfiyyat orqanlarında kadr dəyişikliyi gedir


ABŞ-ın kəşfiyyat xidməti orqanlarında kadr dəyişikləri gedir. ABŞ rəsmiləri ordu generalı Kith Aleksandrın gələn il Milli Təhlükəsizlik Agenliyinin direktoru və hərbi kibernetik komandanlığın başçısı postundan gedəcəyini bildirib.

Kith Aleksander səkkiz il Milli Təhlükəsizlik Agenliyinin başçısına rəhbərlik edərək, bu vəzifədə ən uzun müddət xidmət edən rəsmidir.

General Aleksandr son aylar Milli Təhlükəsizlik Agenliyinin keçmiş kontraktoru Edvard Snoudenin təşkilatın telefon danışıqları və elektron poçt yazışmalarını gizli şəkildə izlədiyi haqda məlumatları ictimaiyyətə açıqlaması ilə bağlı müzakirələrinin diqqət mərkəzində idi.

Ağ Evin sözçüsü Cey Karni generalın vəzifədən Snoudenin məlumatları açıqlaması ilə əlaqədar olduğu haqda iddiaları rədd edib.
“Mənim cavabım “xeyr”-dir. Biz təsdiq edə bilərik ki, general Aleksandr bir neçə həftə bundan əvvəl prezidentə bir daha 2014-cü ilin yazında vəzifəsindən getmək niyyətində olduğunu çatdırıb. 2013-cü ildə mart ayında o, Milli Təhlükəsizlik Agenliyinin direktoru və hərbi kibernetik komandanlığın başçısı kimi vəzifə müddəti uzaldıldıqda general Aleksandr gələn il yazda təqaüdə getmək istədiyini bildirmişdi”-deyə Cey Karni bildirib.

Milli Təhlükəsizlik Agenliyinin direktoru təqaüdə çıxmaq istədiyi haqda ilk dəfə iyun ayında məlumat verilmişdi.

General Kith Aleksandrın mülki işlər üzrə müavininin də vəzifədən gedəcəyi də xəbərlər verilmişdi. Kris Inqlisin də bu ilin sonunda təqaüdə çıxacağı gözlənilir.

General Aleksandrın vəzifədən getməsi prezident Obamaya Milli Təhlükəsizlik Agenliyinin direktoru və hərbi kibernetik komandanlığın başçısı postuna yeni namizəd təyin etmək imkanı verir. Bu strukturlara iki ayrı rəhbərin təyin edilməsi tövsiyə edilir.

Bu arada, Edvard Snouden New-York Times qəzetinə cümə axşamı günü verdiyi müsahibədə Milli Təhlükəsizlik Agenliyinin məlumatlarını Rusiya və ya Çin rəsmiləri deyil, honq-konqlu jurnalistlərə çatdırdığını deyib.

Prezident Obama keçmiş federal prokuror Ceh Consonu Daxili Təhlükəsizlik Nazirliyinin başçısı vəzifəsinə nominasiya edib. Senat tərəfindən təsdiq edilsə, Johnson Daxili Təhlükəsizlik Nazirliyinin hazırkı başçısı Canet Napolitanonu bu vəzifədə əvəz edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG