Accessibility links

ABŞ Körfəz müttəfiqləri ilə Suriyanın siyasi gələcəyini müzakirə edir


ABŞ Dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cübeyr

ABŞ Dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cübeyr

ABŞ və onun Körfəz regionunda müttəfiqləri Suriyada siyasi keçidə gətirib çıxaracaq danışıqlarla bağlı atılacaq addımlarla bağlı fikir əldə ediblər. Bunu ABŞ Dövlət katibi Con Kerri Ər-Riyadda Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasının digər üzvləri ilə danışıqlardan sonra çənbə günü bəyan edib.

Con Kerri bildirib ki, Suriyaya Beynəlxalq Dəstək Qrupunun BMT-nin başçılığı ilə gələn həftəyə təyin olunmuş Suriya ilə bağlı Cenevrədə danışıqların ilk raundundan dərhal sonra iclasının keçirilməsi haqda razılıq əldə edilib.

"Biz Suriyada keçidin reallığa çevrilməsi üçün prosesin irəliləməsini istəyirik"-deyə Kerri bildirib.

Səudiyyə Ərəbistanı, İran və ABŞ BMT-nin başçılıq etdiyi prosesə dəstək verən qrupun üzvləri arasındadır.

ABŞ-İran münasibətləri

Con Kerri və ABŞ-ın Körfəz bölgəsində müttəfiqləri ilə görüşü müşahidəçilərin ABŞ və İran arasında münasibətlərdə yaxınlaşma kimi qiymətləndirdiyi keçən həftə nüvə razlığının həyata keçirilməyə başlaması, məhbus mübadiləsi və saxlanmış 10 dənizçinin azad edilməsi ilə nəticələnmiş danışıqlardan sonra baş verir.

Con Kerri ilə birgə mətbuat konfransında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cübeyr öz ölkəsinin narahat tonunu ifadə edərək, ABŞ və İranın bir araya gələ bildiyini görmədiyini bildirib.

O həmçinin ABŞ-ın İran hökumətinin mahiyyəti ilə bağlı illüziyaya qapılmadığına inandığını deyib.

Kerri və Cübeyr regionda gərginlikləri müzakirə edərkən yanaşı oturmuşdu.
ABŞ Dövlət katibi Laos, Kamboca və Çin də daxil olmaqla beş ölkəyəsəfərinin ikinci dayanacağındadır. Asiya ölkələrində o, Şimali Koreyanın iddia etdiyi kimi nüvə bombası testinə beynəlxalq cavabın koordiasniya edilməsi səylərini müzakirə edəcək.

XS
SM
MD
LG