Accessibility links

ABŞ rəsmiləri Misirdə zorakılıqlarla bağlı narahatlıq ifadə edib




ABŞ Dövlət katibi Con Kerri Misir liderlərinin ölkəni “uçurumun kənarından” çəkməli olduğunu deyərək, onlarla nümayişçinin öldürülməsindən sonra ölkənin dönüş məqamında olduğunu bildirib.

“Bu, Misir üçün dönüş məqamıdır. Birləşmiş Ştatlar bütün siyasi qrupları təmsil edən Misir liderlərini ölkəni dərhla uçurumun kənarında çəkmək üçün addım atmağa çağırır”-deyə dövlət katibi Kerri yazılı bəyanatında bildirib. O həmçinin təhlükəsizlik qüvvələrininin misirlilərin dinc etiraz etmək hüququna hörmət etməsinin vacibliyini vurğulayaraq, bunu mənəvi və hüquqi vəzifə adlandırıb.

Con Kerri Misirin müvəqqəti hökumətinin votse-prezidenti Məhəmməd ƏlBaradei və Xarici işlər naziri Nabil Fəhmi ilə söhbət zamanı qan tökülməsi və zorakılıqlıqla bağlı dərin narahatlığını ifadə edib.

ABŞ-ın Müdafiə naziri Çak Heygel isə iyulun 3-də prezident Məhəmməd Mursini hakimiyyətdən devrilməsinə başçılıq edən ordu komandiri Əbdül Fəttah Əl-Sisi ilə telefon söhbətində təmkinə çağırıb. Pentaqonun sözçüsü Corc Littl bildirib ki, yarım saat sürən telefon söhbəti zamanı Çak Heygel təhlükəsizliklə bağlı vəziyyət və zorakılıqlar bağlı dərin narahatlığını ifadə edib və bu çətin məqamda təmkinli davaranmağa çağırıb.
XS
SM
MD
LG