Accessibility links

ABŞ prezidentliyinə namizədlər partiyalarında birliyə çalışır [Video]


ABŞ prezidentliyi uğrunda yarışda ehtimali namizədlər Hillari Klinton və Donald Tramp gələn ay rəsmən nominasiya olunmaq üçün keçiriləcək qurultaylardan öncə diqqətlərini öz siyasi partiyalarında birlik yaradılması məsələsinə yönəldib. Lakin Orlandoda baş verən kütləvi silahlı hücumdan sonra Trampın açıqlamaları onun Respublikaçılar partiyasından namizədliyi uğrunda səylərini çətinləşdirir.

Nə müsəlmanlara qadağa tətbiq etməklə, nə də sərhəddə divar inşa etməklə bu hücumun qarşısı alınmayacaqdı. Yəni Donald Trampın heç bir təklifi Orlandoda itirilən həyatları xilas etməyə yardım etməyəcəkdi.

Orlando hücumundan sonra Donald Tramp həm prezident Barak Obama, həm də Demokratlar partiyasının ehtimali namizədi Hillari Klintonu terroçuların amerikalıları hədəf almasını asanlaşdıran siyasət yürütməkdə günahlandırıb.

“Biz insanların bizdən sui-istifadə etməsinə icazə verməyəcəyik. Biz kinoteatra gedəcəyik, təyyarəyə minəcəyik. Biz həyatımıza necə yaşayırdıqsa elə davam edəcəyik” deyə Tramp bildirib.

Amma Tramp müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulması təklifi və kəskin ritorikası ilə senator Mitç Makkonnel kimi Respublikaçı liderləri özündən uzaqlaşdırıb.

“Bizim bir sıra problemlərimiz var və mənim bizim namizədimizə məsləhətim odur ki, o artıq Amerika xalqını maraqlandıran məsələlər haqqında danışsın və bunu dərhal etməyə başlasın,” deyə o bildirib.

Təhlilçi Norm Ornstinin dediyinə görə, bir çox başqa respublikaçı bu məsələ ilə bağlı susur, çünki onlar narahardır ki, Trampa qarşı açıq itaətsizlik onun tərəfdarlarını qəzəbləndirə bilər.

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp

“Trampı təkzib etmək respublikaçı seçicilərin bir hissəsini uzaqlaşdıracaq. Amma seçkilərdə qalib gəlmək üçün onlara ethiyac var. Lakin Trampı dəstəkləmək də, onun siyasi mövqeyini müdafiə etmək deməkdir,” deyə o bildirib.

Tramp və onun açıqlamaları ətrafında gedən mübahisə onun ümumi seçkilərdə ehtimali demokrat rəqibi Hillari Klintonun önə keçməsinə imkan yaradır.

“Nə müsəlmanlara qadağa tətbiq etməklə, nə də sərhəddə divar inşa etməklə bu hücumun qarşısı alınmayacaqdı. Yəni Donald Trampın heç bir təklifi Orlandoda itirilən həyatları xilas etməyə yardım etməyəcəkdi,” deyə Klinton bildirib.

Biz bu ölkədədi çalışan ailələri və azgəlirli insanları təmsil edən bir Demokratlar partiyası yaratmaq üçün əlimizdən gəldiyi qədər mübarizə aparacağıq.

Klinton isə öz növbəsində Demokratlar partiyasında birlik yaratmaq istiqamətində səy göstərir və uzun praymerilər kampaniyasından sonra rəqibi Berni Sanders və onun tərəfdarlarının dəstəyini qazanmaq niyyətindədir.

“Biz bu ölkədədi çalışan ailələri və azgəlirli insanları təmsil edən bir Demokratlar partiyası yaratmaq üçün əlimizdən gəldiyi qədər mübarizə aparacağıq,” deyə Berni Sanders bildirib.

Təhlilçi Con Fortier deyir ki, Hillari Klinton partiyanı bir araya gətirmək üçün prezident Obamanın dəstəyinə güvənir.

“Partiyada bəzi tərəflər bir-birinə tənqid münasibət göstərsə də, bunun azalacağı gözlənilir. Daha sonra isə Demokratlar partiyası bir araya gələcək,” deyə o bildirib.

Son rəy sorğuları Orlando hücumundan və Trampın mübahisəli çıxışlarından sonra Klintonun Trampdan öndə getdiyini göstərir.

XS
SM
MD
LG