Accessibility links

ABŞ Şərqi Avropada təlim planı hazırlayır [Video]


Rusiyanın dəstəklədiyi separatçı qüvvələr isə şərqi Ukraynada ağır artilleriya saxlamaqda davam edir

ABŞ rəsmiləri Şərqi Avropanın bəzi bölgələrində ağır silahlar, avadanlıqlar və əsgərlərin yerləşdirilməsi fikrini müdafiə edir. Lakin Rusiya buna qəzəbli reaksiya verir. ABŞ Müdafiə rəsmisi İnterfaksa bildirib ki, Moskvanın “qisasını hazırlamaqdan” başqa çıxış yolu yoxdur.

ABŞ və NATO müttəfiqləri Rusiyanın Ukraynadakı təcavüzünə cavab olaraq bu ayın əvvəli İsveçdə keçən təlimlər kimi çox sayda hərbi təlimlər keçib.

Rusiyanın dəstəklədiyi separatçı qüvvələr şərqi Ukraynada ağır artilleriya saxlamaqda davam edir

ABŞ-ın Şərqi Avropada ağır silah, təchizat və qoşun yerləşdirmək planı Rusiya ilə cəbhə xəttində olduqlarını düşünən ABŞ müttəfiqlərinin xoşuna gələcək.

“Bizim bu qərar haqqında məlumatımız var, onu dəstəkləyirik və həyata keçməsini gözləyirik,” deyə Litva prezidenti Dalia Qribauskayte bildirib.

ABŞ müdafiə rəsmiləri hələ ki, heç bir qərarın qəbul edilmədiyini bildirərək, əraziyə təchizat yerləşdirməyin müttəfiqlərin uzunmüddətli təlimini gücləndirmək planının tərkib hissəsi olduğunu deyir.

Yüksək vəzifəli müdafiə rəsmisi İterfaks xəbər agentliyinə bildirib ki, bu, “Pentaqon və NATO-nun Soyuq Müharibədən bəri atacağı ən aqressiv addım olacaq,” və nəticədə Rusiya “ordusunu gücləndirməli olacaq.”

Ağ Ev də eyni fikirdədir.

ABŞ-ın hərbi güc nümayişi deyil,simvolik mahiyyət daşıyan addımları Rusiyaya ciddi mesaj ola bilər

“Biz müttəfiqlərimizin müdafiəsini təmin edən NATO sazişi imzalamışıq və Birləşmiş Ştatlar və onun prezidenti bu razılığın qüvvədə saxlanılması barədə çox ciddidirlər," deyə Ağ Evin mətbuat katibi Coş Earnest bildirib.

Razılıqdan Ukraynaya da pay düşə bilər.

“Buna mane olmaq lazımdır. ABŞ-ın məhdud əməliyyatları Rusiyanı Ukraynadakı təcavüzünü dayandırmağına vadar edə bilər. ABŞ-ın hərbi güc nümayişi deyil,simvolik mahiyyət daşıyan addımları Rusiyaya ciddi mesaj ola bilər," deyə Entoni Kordesman bildirir.

ABŞ kəşfiyyat rəsmisi deyir ki, Rusiya hələ əzmlidir. O qeyd edir ki, Rusiyanın dəstəklədiyi separatçı qüvvələr şərqi Ukraynada ağır artilleriya saxlamaqda davam edir, Rusiya əsgərləri isə döyüşlərin istiqamətləndirilməsində əsas rol oynayır.

XS
SM
MD
LG