Accessibility links

ABŞ xaricdəki vətəndaşlarına terror təhlükəsilə bağlı xəbərdarlıq edib



Birləşmiş Ştatlar bazar günü dünya ölkələrində 20-dən çox səfirlik və konsulluğunu bağlayıb və xaricdə olan Amerika vətəndaşlarına Əl-Qaidə tərəfindən terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Bəzi ölkələr də eyni addımları atıb, beynəlxalq polis təşkilatı İnterpol isə təhlükəsizliklə bağlı öz tərəfindən xəbərdarlıqla çıxış edib.

Bu addım ABŞ Dövlət Departamentinin Amerika vətəndaşlarının dünya ölkələrinə səfərlərilə bağlı xəbərdarlığından sonra atılıb.

Dövlət Departakentinin bəyanatında terror hücumları təhlükəsinin xüsusilə Yaxın Şərq və Şimali Afrika ölkələrində daha yüksək olduğu bildirilir. Bəyanatda Əl-Qaidə və onunla əlaqəsi olan qruplar tərəfindən avqustun sonuna qədər terror hücumu həyata keçirmək cəhdlərinin gözlənildiyi və bu hücumların Ərəbistan yarımadasından gələ biləcəyi deyilir.

ABŞ qanunvericiləri və yüksək səviyyəli keçmiş rəsmi nümayəndələri 20-dən artıq səfirliyin bağlanması və səfərlərlə əlaqədar qlobal miqyasda xəbərdarlığın verilməsini qeyri-adi bir addım adlandırıb.

Şənbə günü Ağ Ev terror təhlükəsilə bağlı narahatlıqlarla əlaqədar yüksək səviyyədə iclas keçirib. İclasa Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Süzan Rays, Dövlət katibi Con Kerri, Müdafiə naziri Çak Heygel, Daxili Təhlükəsizlik naziri Canet Napolitano, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və Milli Kəşfiyyat Agentiyinin başçıları qatılıb.

Eyni zamanda, İnterpol bildirib ki, təhlükəsizliyə dair xəbərdarlıq İraq, Liviya, Pakistan və daha altı ölkədə bu yaxınlarda çox sayda məhbusun həbsxanadan qaçması ilə əlaqədardır. İnterpolun bildirdiyinə görə, yüzlərlə terrorçu və başqa cinayətkarın həbsxanalardan çıxa bilməsilə nəticələnmiş bu hadisədə Əl-Qaidənin əli olduğundan şübhələnilir.

Britaniya və Almaniya da təhlükəsizliklə əlaqədar bazar günü və bazar ertəsi Yəməndə səfirliklərini bağlayıb.

ABŞ-ın İraq, Liviya və Yəmən daxil olmaqla, bir sıra müsəlman ölkələrində səfirlikləri və konsulluqları bağlı olaraq qalır. Rəsmilərin sözlərinə görə, vəziyyət dəyərləndirildikdən sonra səfirliklər bir müddət bağlı qala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG