Accessibility links

ABŞ üzgüçülərinin qarət edilməsi ilə bağlı istintaq davam edir


ABŞ-ın Olimpiya Komitəsi üzgüçülük idmanı üzrə kişilərdən ibarət komandanın iki üzvünün Rio de Janeyroda qarətlə bağlı sorğu-sual edilmək üçün polis tərəfindən saxlandığını bildirib.

Gunnar Bentz və Cek Konqer çərşənbə axşamı günü Rio Olimpiyadasından ABŞ-a qayıdan zaman təyyarədən endirilib və dərhal hava limanındakı polis bölməsinə aparılıb.

Polis üzgüçülük üzrə komandanın üzvü Rayan Lokte tərəfindən onların üçünün komandanın daha bir üzvü Ceyms Feyqenlə bərabər qarət edildiyinə dair iddiası ilə bağlı təhqiqatı davam etdirir. Onlar özlərini polis kimi qələmə verən şəxslər tərəfindən bazar günü silahlı qarətə məruz qaldıqlarını bildirib.

ABŞ-ın üzgüçülük idmanı üzrə Olimpiya komandasının üzvü Rayan Lokte

ABŞ-ın üzgüçülük idmanı üzrə Olimpiya komandasının üzvü Rayan Lokte

Lakin Braziliya rəsmiləri üçgüçülərin insidentlə bağlı bir-birinə zidd məlumat verdiyini bildirib.

Bentz və Konqer dindirildikdən sonra buraxılıb, lakin polislə bundan sonra əlaqədə olmaları üçün onların ölkəni tərk etməsinə icazə verilməyib.

Braziliyada qalmağa davam edən Feyqen Bentz və Konqerlə birgə bəyanat açıqlamağa hazırlaşır.

Çərşənbə günü hakim Lokte və Feyqenin ölkəni tərk etməsinə qadağa qoyulduğu haqda qərar çıxarıb.

Lakin Loxtenin atası Assoşieyted Press agentliyinə bidirib ki, onun oğlu Birləşmiş Ştatlara qərar verildikdən əvvəl qayıdıb.

XS
SM
MD
LG