Accessibility links

Adil İsmayılov: Saatı 1 manata yüksək keyfiyyətli hüquqi yardım göstərilə bilər? [Audio]


Vəkil Adil İsmayılov
Vəkil Adil İsmayılov

Vəkil Müsavat Partiyasının fəalı Nigar Yaqublunun həbsini siyasi adlandırıb. O, ölkədə vəkillik institutunun çətin durumda olduğunu bildirib

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Rasim İsgəndərovun sədrliyi ilə Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun apelyasiya şikayəti təmin olunmayıb. Proses qapalı keçirilib və Nigar Yaqublunun özü məhkəməyə gətirilməyib.

Adil İsmayılov ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:12 0:00
Direct link

Vəkil Adil İsmayılov Amerikanın Səsi radiosuna bildirib ki, hakim heç bir əsaslı arqument gətirmədən Nigar Yaqublunu həbsdə saxlayıb.

“Zərərçəkmiş barədə heç bir şikayəti olmadığı halda bu qərar qəbul edilib. Nigar Yaqublunun həbsi qanunsuz və əsassızdır. Çünki Nigar Yaqublunun özü könüllü olaraq, istintaqda ifadə verib, onun daimi yaşayış yeri var”, deyə vəkil bildirib.

Adil İsmayılov müdafiə etdiyi şəxs Nigar Yaqublunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edəcək.

Öz növbəsində Müsavat Partiyası da Nigar Yaqublunu həbsdə saxlanılması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin bugünkü qərarını pisləyib.

Partiyanın bəyanatında N.Yaqublunun həbsi ölkə başçısının azad düşünən Azərbaycan gəncliyinə ögey münasibətinin göstəricisi hesab olunur. Buna görə də qısa zamanda onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi tələb olunur.

“Nigar Yaqublu həbsdən azad olunmayacağı halda Müsavat Partiyası öz müttəfiqləri ilə birlikdə ölkə Konstitusiyasına və qanunlarına uyğun olan bütün metod və vasitələrdən istifadə edərək onun azadlığına nail olmaq üçün mübarizəyə başlayacaq”, - sənəddə deyilir.

Vəkil Nigar Yaqublunun həbsini siyasi motivli olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda çox nadir hallarda avtomobil qəzasından sonra məhkəməyədək qəza törədənlər həbs edilib.

“Bu həm Azərbaycanın milli qanunvericiliyinə, həm Avropa İnsan Haqları Konvensiyasına ziddir. Avropa Məhkəməsinin lüzum olmadan həbslərlə bağlı Azərbaycan barədə qərarları var. Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev də Azərbaycan məhkəmələrinin lüzum olmadan həbs qərarlarının narahatlıq doğurduğunu bildirib. Mən vəkillik dövrümdə isə heç bir vaxt avtoqəza ilə bağlı telefon danışıqlarına qulaq asılmasına rast gəlməmişəm. Ancaq, Nigar Yaqublu qəza törətdikdən sonra istintaq orqanı məhkəmənin qərarı ilə Nigarla atasının telefon danışıqlarına qulaq asıb”.

Nigar Yaqublunun həbsi ilə bağlı bu günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.

N.Yaqublu Cinayət Məcəlləsinin 263.2.-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirli bilinir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Nigar Yaqublu sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib və qəza törədib. Qəza nəticəsində Müsavat Partiyasının fəalı Aydın Acalov həlak olub. Nigar Yaqublu da Müsavat Partiyasının fəalıdır.

Vəkil Adil İsmayılov Amerikanın Səsi radiosuna müsahibəsində həmçinin ölkədə vəkillik institutunun acınacaqlı durumundan danışıb.

“1998-ci ildən başlayaraq vəkillərin məhkəmələrdə nəyə isə nail olması ümumiyyətlə mümkün deyil. Ədalətli məhkəmə qərarlarının qəbulu faktiki olaraq vəkillərdən çox az asılıdır”.

Onun fikrincə, vəkillik institutunun durumu ölkədə ədalətin durumu deməkdir.

Vəkillik institutunun inkişafını ilk növbədə dövlət istəməlidir. Hakimiyyətin bunun üçün siyasim iradəsi olmalıdır. Amma, bu görünmür. Bir misal deyim. Vəkillər Kollegiyası 2004-cü ildə yaranıb və qanunda yazılıb ki, Vəkillər Kollegiyası 5 ildən bir seçilir. Vəkillər Kollegiyasının rəhbərliyi 2004 ildə seçilib, 2009-cu ildə yeni seçkilər olmalı idi. Hələ də bu seçkilər keçirilməyib”.

Cənab İsmayılov vətəndaşlara göstərilən yüksək keyfiyyətli hüququ yardımla bağlı konstitusiya müddəasından danışarkən bildirib ki, dövlət vəkillərə vətəndaşların hüququnu məhkəmədə müdafiəyə görə cəmi 2 manat əmək haqqı ödəyir, onun isə 1 manatı vergi şəklində geri alınır.

“Sizcə saatı 1 manata olmaqla vətəndaşa yüksək keyfiyyətli hüquqi yardım göstərilə bilər?”, - deyə sual edib.

O hesab edir ki, bütün rayonlarda prokurorluqlar olduğu kimi vəkillərin də qurumu olmalıdır.

“Burada vəkillik fəaliyyəti göstərən dövlət vəkillərinə də prokurorlar qədər əmək haqqı verilməlidir”.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG